“Əfsuslar olsun ki, son zamanlar bu hallar artıb. Burada əsas səbəb cib bıçaqlarının açıq satışda olması deyil. Polis belə hallara qarşı mübarizə aparır, amma yenə də kifayət etmir. Çünki belə hallar o qədər çoxalıb ki. Xüsusən "patı" kimi ucuz narkotik vasitələr məktəblərin qabağında da satılır. Çünki azyaşlıları yoldan çıxarmaq asandır. Uşaqlar həmin dövrdə kriminal aləmə meyilli olurlar, bu, onlara bir güc simvolu kimi gəlir, narkotik istifadə etmək bir özgüvən verir onlara. Bu halda onlar tək bıçaqla yox, istənilən deşici-kəsici alətlə cinayəti törədə bilərlər”.
Bunu Demokrat.az-a açıqlamasında son illərdə yeniyetmələr arasında qətllərin artmasından danışan vəkil Tağı Hüseynov deyib. O, bu cür halların artmasında digər səbəb kimi təhsilin bərbad vəziyyətdə olmasını qeyd edib:
“Azərbaycanda təhsil sistemi darmadağındır. Uşağın adı gedir, öz məktəbə getmir. Bu da uşaqda avara həyata meyil yaradır. Əvvəl məktəb ərazisində, məktəb yaxınlığında bir hadisə olanda, müəllimlər müdaxilə edirdi, tədbir görülürdü. İndi sanki müəllimlər də bezib, hər kəs özünü, ailəsini düşünür. Məktəb sistemi normal işləmir, bu, əsas səbəblərdən biridir. İkincisi də narkotikin geniş vüsət almasıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az