
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə baş verən 4 oktyabr hadisələrinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentari “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, həmin gün ölkədə dövlət çevrilişi xaricdən planlaşdırılıb və maliyyələşdirilib:
“4 oktyabrda dövlət çevrilişi xaricdən planlaşdırılıb, maliyyələşdirilib və təşkil olunub. Hadisəni yerli radikallar həyata keçirib, xarici təşkilatçılara məsuliyyətdən yayınmaq imkanı yaradılıb”.