Nicat Kazımov aktyor oğluna toy edir

ŞOU-BİZNES 09 oktyabr 2025, 23:30

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun evində toy olacaq.

Axşam.az xəbər verir ki, bu haqda o, "Xəzər axşamı" verilişində danışıb. Sənətçi bildirib ki, aktyor oğlu Sənan Kazımov gələn ay 7 ildir münasibətdə olduğu həmkarı Aygün Fətullayeva ilə ailə quracaq.

Cütlüyün toyu Bakıdakı restoranların birində keçiriləcək.

Qeyd edək ki, Sənan və Aygün Gənc Tamaşaçılar Teatrında çalışır. Onların nişanı avqustda olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top