Narkotik əməliyyatından sonra səhnəyə çıxan Hadisedən ilk açıqlama: "Siqaret belə çəkmirəm" — VİDEO

ŞOU-BİZNES 09 oktyabr 2025, 09:01

Dünən səhər 19 məşhuru hədəf alan narkotik əməliyyatında saxlanılanlardan biri də məşhur müğənni Hadisə olub. Qan, sidik və saç nümunələri götürdükdən sonra sərbəst buraxılan Hadisə həmin axşam Ankaradakı konsertini ləğv etməyib.

Oxu.Az "Onedio" saytına istinadən xəbər verir ki, Hadisə konsert zamanı səhnədən yaşadıqlarını emosional şəkildə danışıb.

"Sizi gözlətdiyimiz üçün üzr istəyirəm, amma kömək edə bilmədik. Biz çətinliklə bacardıq. Yalnız menecerim Haluk Şentürk şəxsi təyyarə təşkil etdiyi üçün bura çata bildik. O olmasaydı, çatmazdıq".

Səhər yaşadıqlarını danışarkən duyğulanan Hadise ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını söyləyib:

"Həyatımda ilk dəfə səhər saat 6:30-da dəhşət içində oyandım. Qapım döyüldü. Bacım da yanımda idi. Mühafizə xidmətinə zəng vurub soruşdum ki, nə baş verir? Dedilər ki, polis əməkdaşları gəliblər.

Hər birimizin başına hər şey gələ bilər, amma siqaret belə çəkmirəm. Bugünkü əməliyyatda adımın hallanması məni məyus etdi. Bu ağırdır. Valideynlərim məni belə tərbiyə etməyiblər. Mən işini sevən qadınam. Nə ata pulu, nə ana pulu, nə keçmiş sevgilimin pulu... Mən bura öz zəhmətimlə gəlmişəm".

Hadisə konsertini yarımçıq qoymamaq qərarını "Tamaşaçılarıma bir vədim var" deyərək izah edib, yaşadığı vəziyyətin psixoloji vəziyyətinə mənfi təsir etdiyini, ancaq güclü qalmağa çalışdığını bildirib.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 10:38
Top