Gələcəkdə resort hotellərin sayında artım olacaq — Ekspert

GÜNDƏM 09 oktyabr 2025, 11:38
“Azərbaycanın ən nüfuzlu istirahət və yaşayış komplekslərindən biri olan “Sea Breeze Resort” beynəlxalq hotel və səhiyyə şəbəkələri ilə strateji əməkdaşlığa başlayıb”. 

Bunu turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu təşəbbüs, ölkənin turizm və sağlamlıq sektorunda yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir:

“Yeni əməkdaşlıqlar çərçivəsində “Sea Breeze Resort” beynəlxalq hotel brendlərinin təcrübə və idarəetmə modellərini tətbiq edərək xidmət keyfiyyətinin qlobal standartlara uyğunlaşdırılmasını hədəfləyir. Tanınmış səhiyyə şəbəkələri ilə birgə reabilitasiya, spa, estetik tibb və profilaktik sağlamlıq proqramlarının inkişafı planlaşdırılır. Bu, Azərbaycanın sağlamlıq turizmi istiqamətində regional liderlik mövqeyini gücləndirəcək. Əməkdaşlığın həyata keçirilməsi nəticəsində resort ərazisində yeni infrastruktur layihələri, peşəkar kadr hazırlığı proqramları və xarici investisiyalar üçün geniş imkanlar yaradılacaq. Layihə çərçivəsində yüzlərlə yeni iş yerinin açılması, yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanması və xidmət mədəniyyətinin daha da yüksəlməsi gözlənilir. “Sea Breeze Resort”un beynəlxalq əməkdaşlığa başlaması, Azərbaycanın turizm sənayesinin brendləşməsi, dayanıqlı inkişafı və qlobal bazarlara inteqrasiyası baxımından mühüm addım hesab olunur. Bu təşəbbüs, ölkənin lüks istirahət və sağlamlıq turizmi istiqamətində regional mərkəzə çevrilməsi məqsədinə xidmət edir. Gələcəkdə bu tipli resort hotellərin sayında artım olacaq. Ölkəmiz regionun əsas turizm mərkəzi olacaq ki, bu da ölkəmizdə bu sahədə rəqabətin artmasına və otelçilik sektorunun böyük inkişafına yol açacaqdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 14:40
Top