Emin “Titanik”in ulduzu ilə görüşdü — FOTO

ŞOU-BİZNES 08 oktyabr 2025, 18:42
Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor Billi Zeynlə görüşüb.

Demokrat.az xəbər verir ki, E.Ağalarov bu barədə teleqram kanalında paylaşım edib.

Həyat yoldaşı Alyona Qavrilova və aktyorla birgə fotosunu paylaşan Xalq artisti bildirib: “Aktyor Billi Zeynlə birlikdə. Əminəm ki, siz onu “Titanik” filmindən tanıyırsınız. Birlikdə dünya musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumiyyətlə, meqapeşəkar və həqiqətən də məşhur insanlarla görüş baxımından möhtəşəm səfər oldu”.

Xatırladaq ki, B.Zeyn “Titanik” filmində Kaledon Hokli rolunu canlandırıb.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 20:29
08 oktyabr 2025, 20:11
Top