"Türk Dövlətləri Təşkilatı son dövrlərdə əhəmiyyətli yüksəliş mərhələsinə qədəm qoyub. Bu müddət ərzində qəbul edilən qərarlar təşkilatın daha da güclənməsinə və təsir dairəsinin genişlənməsinə ciddi təkan verib. Hazırda dünyada bir çox beynəlxalq birliklər böhran dövrü yaşayır. Məsələn, Rusiyanın təsir dairəsində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ya Avrasiya İttifaqı kimi qurumlar əvvəlki gücünü itirib".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Qərb təşkilatları, yəni Avropa İttifaqı və NATO da daxil olmaqla, müxtəlif çətinliklərlə üzləşib. Lakin Türk Dövlətləri Təşkilatı bu mənzərədən fərqli olaraq inkişaf yolunu davam etdirir.Yeni qərarların qəbul olunması, təşkilata üzv olmaq istəyən dövlətlərin artması, üzv ölkələr arasında inteqrasiyanın güclənməsi və birgə iqtisadi layihələrin həyata keçirilməsi təşkilatın mövqeyini xeyli möhkəmləndirib. Bu, eyni zamanda onun gələcəkdə daha geniş coğrafiyada təsirli bir güc mərkəzinə çevriləcəyini göstərir".
Politoloq deyib ki, Türk Dövlətləri Təşkilatı yaxın illərdə regionun ən mühüm siyasi və iqtisadi strukturlarından birinə çevriləcək:
"Hazırda Qəbələdə keçirilən sammit də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sammitdə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması, Qafqazda və Mərkəzi Asiyada baş verən proseslərin üzv ölkələr tərəfindən birgə qiymətləndirilməsi təşkilatın strateji əhəmiyyətini daha da artırır.
Bu sammitdə qəbul ediləcək qərarlar yeni layihələrin reallaşdırılmasına, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və Türk Dövlətləri Təşkilatının gələcəkdə daha mühüm istiqamətlər üzrə formalaşmasına xidmət edəcək".
Əfsanə Kamal
Demokrat.az