“Türk Dövlətləri Təşkilatının əsas ideya müəllifi və əsas aparıcı güclərindən biri qardaş Türkiyə ilə yanaşı Azərbaycandır. Azərbaycan türk dövlətlərinin bir təşkilat halında təmərküzləşməsi, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və bu təşkilatın çoxqütblü dünyada əsas qütblərdən birinə çevrilməsində maraqlıdır”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Azərbaycanın hədəfi TDT-nin həm hərbi, siyasi, iqtisadi cəhətdən daha güclü olmasıdır, bu istiqamətdə Azərbaycanın səyləri danılmazdır:
“Bu təşkilatın logistik imkanları çox genişdir, təşkilata üzv olan ölkələrin həm yeraltı, həm yerüstü sərvətləri var. Həmçinin bu ölkələr elə bir coğrafiyada yerləşir ki, şimal-cənub və şərq-qərb, Orta Dəhliz bu corğrafi məkandan keçir. Zəngəzur dəhlizinin açılması ilə yeni logistik imkanlar yaranmış olur ki, bu da Asiyadan, türk dövlətlərindən Azərbaycana və Avropaya uzanan bir yolun ərsəyə gəlməsi deməkdir”.
Cavidan Mirzəzadə
Demokrat.az