Evlərin qiymətləri ucuzlaşacaq?

GÜNDƏM 08 oktyabr 2025, 16:17
“Bankların verdiyi ipoteka kreditlərinin həcminin azalması mənzil bazarında həm qısamüddətli, həm də uzunmüddətli təsirlərə səbəb ola bilər”. 

Bunu bank məsələləri üzrə mütəxəssis Ramil Qasımov Demokrat.az-a açıqlamasında söyləyib. 

Onun sözlərinə görə, kredit həcmlərinin 10 faiz azalması əhalinin alıcılıq qabiliyyətinin zəifləməsindən və maliyyə institutlarının ehtiyatlı kredit siyasətindən xəbər verir:

“Bu vəziyyət yaxın aylarda mənzil satışlarının tempini bir qədər zəiflədə bilər. İpoteka portfelinin 4,5 milyard manata çatması bazarda hələ də müəyyən aktivlik olduğunu göstərir, lakin artım tempinin zəifləməsi bazarda doyma mərhələsinin yaxınlaşdığını göstərir. Əgər kredit şərtləri sərtləşərsə, xüsusilə yeni tikililərdə tələb azalacaq, nəticədə qiymətlər sabitləşə və ya müəyyən dərəcədə enə bilər. Bu tendensiya kirayə bazarını aktivləşdirə bilər, çünki kredit ala bilməyən vətəndaşlar alternativ olaraq kirayə mənzillərə üz tutacaqlar. Bununla yanaşı, tikinti şirkətləri satış tempinin azalması fonunda endirim kampaniyaları və güzəştli ödəniş planları təklif etməyə meylli olacaqlar. İpoteka artım tempinin zəifləməsi bazarda süni qiymət artımlarının qarşısını ala bilər, bu isə uzunmüddətli dövrdə sabit və real dəyərə əsaslanan mənzil bazarı formalaşdırar. Gələcəkdə ipoteka fondlarının likvidliyi artırılarsa və faizlər optimallaşdırılarsa, sektor yenidən canlana bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 18:20
Top