YapiKredi Müraciət Forması
Maraqlı

Süni intellektdən istifadə edənlər daha çox işləyirmiş - Aİ iş yükünü azaldır, yoxsa artırır?

Süni intellektdən istifadə edənlər daha çox işləyirmiş - Aİ iş yükünü azaldır, yoxsa artırır?

Süni intellektdən istifadə edən əməkdaşlar bu texnologiyadan yararlanmayanlarla müqayisədə gündə 1,5 saata qədər daha çox işləyirlər.

Bu barədə "Bloomberg" araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Araşdırma 450 şirkətdə çalışan 9 mindən çox işçini əhatə edib. Nəticələrə görə, süni intellektdən istifadə edənlərin gündəlik iş müddəti orta hesabla 8,5–9 saat olduğu halda, bu texnologiyadan istifadə etməyənlər təxminən 7,5 saat işləyirlər.
Məlum olub ki, gündə ən azı 45 dəqiqə süni intellektdən istifadə edən əməkdaşlar iş vaxtı başa çatdıqdan sonra da işləməyə digərlərindən daha çox meyillidirlər.

Tədqiqatçılar nəticələri fərqli izah edirlər. Optimist yanaşmaya görə, süni intellekt rutin işləri avtomatlaşdıraraq əməkdaşların motivasiyasını artırır və onları daha uzun müddət işləməyə həvəsləndirir.

Pessimist yanaşmaya əsasən isə süni intellekt tapşırıqların icrasına sərf olunan vaxta qənaət yaratdığından rəhbərlik işçilərin üzərinə daha çox iş yükü qoyur.(bizim.media)

NE
Nihadə Eyyubova