YapiKredi Müraciət Forması
Maraqlı

Zeytun yağına sirkə qatıb mebellərinizi silin — Nəticə təəccübləndirəcək

Zeytun yağına sirkə qatıb mebellərinizi silin — Nəticə təəccübləndirəcək

Taxta mebellərin təmizlənməsi və parlaqlığının qorunması üçün zeytun yağı, ağ sirkə və limon şirəsindən qarışım hazırlamaq mümkündür.

Demokrat.az bildirir ki, qarışımın hazırlanması üçün 2 xörək qaşığı zeytun yağı, 2 xörək qaşığı ağ sirkə və dörddəbir stəkan limon şirəsi tələb olunur.

Qarışımın hazırlanması üçün əvvəlcə zeytun yağı ilə ağ sirkə qarışdırılır, daha sonra limon şirəsi əlavə edilir. Mebelin səthi yumşaq mikrofiber parça ilə tozdan təmizləndikdən sonra hazırlanan məhluldan az miqdarda parçaya çəkilir. Taxta səth ağacın damarları istiqamətində ehtiyatla silinir.

Qarışımı birbaşa mebelin üzərinə tökmək və səthi həddindən artıq islatmaq məsləhət görülmür.

Sirkə və limon şirəsinin turşulu tərkibi bəzi mebellərin qoruyucu örtüyünə zərər verə bilər. Zeytun yağı isə səthdə qalıq yaradaraq tozun daha asan yapışmasına səbəb ola bilər.

Bu səbəbdən qarışımı tətbiq etməzdən əvvəl mebelin görünməyən kiçik hissəsində sınaq aparmaq vacibdir. Səthdə rəng dəyişikliyi, matlaşma və ya zədələnmə yaranarsa, vasitədən istifadə dayandırılmalıdır.

Mebelin materialını və örtüyünü nəzərə almaq, istehsalçının qulluq təlimatlarına əməl etmək daha təhlükəsiz seçimdir.

Demokrat.az

Editor
Redaktor