Astrologiyaya görə, bəzi bürclər sadiqlikləri, qayğıkeşlikləri və etibarlı xarakterləri ilə ömürlük dostluq qurmağa daha meyilli hesab olunur. Onlar çətin gündə dostlarının yanında olmağı, problemlərinə şərik çıxmağı və sevgilərini əməlləri ilə göstərməyi bacarırlar.
Demokrat.az xəbər verir ki, ömürlük ən yaxşı dost ola biləcək 4 bürc bəlli olub.
Xərçəng – Dostunun dərdini öz dərdi kimi yaşayır
Xərçənglər həssas və qayğıkeş xarakterləri ilə seçilirlər. Kənardan sərt görünsələr də, yaxınlarına qarşı olduqca mərhəmətlidirlər. Dostları çətinliklə üzləşdikdə onların problemini öz problemləri kimi qəbul edir, həll yolu tapılana qədər dəstək göstərirlər.
Qız – Acı həqiqətləri deməkdən çəkinmir
Qız bürcləri dürüstlükləri və məntiqli yanaşmaları ilə tanınırlar. Onlar dostlarına yalnız eşitmək istədiklərini deyil, ehtiyac duyduqları həqiqətləri də söyləyirlər. Bəzən sözləri sərt səslənsə də, bunu qarşı tərəfin yaxşılığı üçün etdiklərinə inanırlar.
Tərəzi – Dostlarına xüsusi qayğı göstərir
Tərəzilər dostlarının kədərlənməsinə və problemlərlə təkbaşına mübarizə aparmasına laqeyd qala bilmirlər. Münaqişələrdən uzaq durmağa çalışan bu bürc nümayəndələri çətin anlarda dostlarına dəstək olur, problemlərin həlli üçün birlikdə yollar axtarırlar. Yardımsevərlik və anlayış onların əsas xüsusiyyətləri sırasında göstərilir.
Oğlaq – Sədaqətini əməlləri ilə sübut edir
Oğlaqlar hisslərini sözlərlə ifadə etməkdə çətinlik çəksələr də, dostlarına olan sevgilərini davranışları ilə göstərirlər. Onlar etibarlı və sədaqətli dost hesab olunurlar. Gecə yarısı köməyə ehtiyac yarandıqda belə dostlarının yanında olmağa hazırdırlar.


