YapiKredi Müraciət Forması
Hadisə

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var - VİDEO

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var - VİDEO

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər rayon sakini - Ceyhun Bəgalıyev və Zeynal Niftəliyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova