"Gəncə və Bərdə şəhərlərində baş verən terror hadisəsindən artıq 5 il keçir. Ermənistan tərəfi döyüş meydanında qalib gəlməyi bacarmadı. Beynəlxalq qanunları pozaraq mülki insanlara qarşı qadağan edilmiş silahlardan, xüsusən raket sistemlərindən istifadə etdilər və bunun nəticəsində Azərbaycanın Bərdə və Gəncə şəhərlərində ciddi dağıntılar və insan itkiləri baş verdi. Ermənistanın müharibədə qalib gəlməyəcəyini bilməsinə rəğmən belə addımlar atması beynəlxalq hüququ pozmaq demək idi".
Bu sözləri Demokrat.az-a açıqlamasınsa politoloq Samir Hümbətov deyib.
"Azərbaycan adekvat addımlar atmadı və döyüşləri ehtiyatla idarə etdi, diplomatik sahədə isə uğur qazandı. Ermənistanın təxribatlarına uymadı. Əgər Azərbaycan eyni şəkildə cavab vermiş olsaydı, bu, müharibəyə yeni aktorların daxil olmasına səbəb ola bilərdi. Azərbaycan bu prosesdə göstərdi ki, əsas məqsəd ön cəbhədə döyüşmək və orada gücünü nümayiş etdirməkdir".
O bildirib ki, Gəncə və Bərdədə baş verən raket hücumları nəticəsində ciddi insan itkiləri yarandı və bu, beynəlxalq ictimaiyyətin diqqətini çəkdi:
"Azərbaycan və Türkiyə, həmçinin dünyanın tanınmış media orqanları hadisələri geniş şəkildə işıqlandırdı. Düşünürəm ki, Azərbaycan artıq bu prosesləri yaşayıb və Ermənistanın şovinizmi və terrorçu fəaliyyəti 20-ci əsrin sonlarından başlayaraq günümüzə, o cümlədən İkinci Qarabağ Savaşına qədər davam edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan hüquqa üstünlük verir və əsas məqsədi heç bir ölkəyə qarşı terror törətmək deyil, əksinə ərazi bütövlüyünü təmin etməkdir".
Qeyd edək ki, bu gün Gəncəyə edilən ikinxi raket hücumundan 5 il ötür.
Əfsanə Kamal
Demokrat.az