Ortaq türk ordusu yolunda növbəti addım? — Prezidentdən tarixi TƏKLİF

GÜNDƏM 08 oktyabr 2025, 16:10
“Azərbaycan Prezidentinin Qəbələdə TDT-nin Zirvə Toplantısında etdiyi təkliflər arasında üzv dövlətlərin ortaq hərbi təlimlər keçirilməsi ilə bağlı təklifi olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, TDT artıq bir mədəni təşkilat olmaqdan çıxıb, getdikcə daha sıx inteqrasiya və əlaqələri olan formata çevrilməkdədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, son illər üzv ölkələr arasında həm ikitərəfli formada, həm də təşkilat olaraq çoxistiqamətli əməkdaşlıq qurulub və möhkəmləndirilib:

“Bunların arasında təhlükəsizlik və müdafiə sahəsində də addımların atıldığı müşahidə edilir. Azərbaycan və Türkiyə arasında münasibətlər nümunə təşkil edə bilər. Prezidentin də dediyi kimi, son 1 ildə iki ölkə arasında 25-ə yaxın birgə hərbi təlim keçirilib. Belə təlimlərin türk dövlətləri arasında keçirilməsi vacibdir. 
Əgər bu təklif qəbul olunacaqsa və gələn il keçiriləcəksə, bu, kifayət qədər ciddi addım olacaq. Bu o demək olacaq ki, TDT gələcək dünya düzənində qlobal aktorlardan biri olmaqda qərarlıdır”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 18:20
Top