Əliyev-Putin danışığı münasibətləri yumşaldacaq? — DETALLAR

GÜNDƏM 08 oktyabr 2025, 16:08
“Bu, bir protokoldur. Adətən bayram günləri ilə bərabər dövlət başçılarının doğum günləri də təbrik edilir. Azərbaycan Prezidenti də dövlət səviyyəsində Rusiya və onun başçısına hər hansı mənfi münasibət olmadığını ortaya qoydu. Bu zəng həm də onun göstəricisidir ki, iki ölkə arasındakı soyuqluq şəxsi və milli xarakter daşımır. Sadəcə Azərbaycan özünə qarşı beynəlxalq hüquq çərçivəsində davranılmasını istəyir. Çünki bu cür hadisələrdə Azərbaycan beynəlxalq hüquqa uyğun addımlar atıb”. 

Bunu Demokrat.az-a politoloq Natiq Miri deyib. O bildirib ki, Azərbaycan heç bir ölkəni özünə “böyük qardaş”, ya da orbitində fırlandığı bir planet olaraq görmür:

“Əgər Azərbaycanla normal münasibətlər istəyirlərsə, bu, qarşılıqlı maraq və bərabər hüquq çərçivəsində mümkündür. Bu yöndə Rusiyanın davranışlarında dəyişən bir şey olmadıqca, Azərbaycanın tələbləri yerinə yetirilmədikcə, münasibətlərin normallaşması niyə Azərbaycan tərəfindən birtərəfli qaydada olmalıdır? Dövlət başçısının ad gününün protokola uyğun olaraq təbrik edilməsi başqa, Rusiyanın Azərbaycanın milli maraqlarına hörmətlə yanaşması başqa məsələdir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 18:20
Top