"Bu qədər uşağın nikahdankənar doğulması təəccüb doğurmur" — Fazil Mustafa

GÜNDƏM 08 oktyabr 2025, 15:38
Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub.

Bu barədə deputat Fazil Mustafa Demokrat.az-a açıqlama verib.

O deyib ki, vətəndaşlarla maraqlanmaq lazımdır. 

“Kəndlərdə və regionlarda müşahidə olunan geceqondulaşma və ümumilikdə mövcud vəziyyət nəzarət altında saxlanılmalıdır. İnsan taleyi ilə bağlı konkret araşdırmalar aparılmalı, nəticələr əsasında dəqiq və təsirli qərarlar qəbul olunmalıdır. Bu, yalnız bir istiqamətli yanaşma ilə mümkün deyil – burada kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Təəssüf ki, bizdə bu tədbirlər bir qədər fərqli şəkildə planlaşdırıldığı üçün tez-tez nəzarətdən kənarda qalır və nəticə etibarilə belə hallar artıq təəccüb doğurmur. Bu baxımdan, məsələyə sistemli və strateji yanaşma tətbiq olunmalı, düşünülmüş qərarlar verilməlidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top