"Sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərin pəncərədən əlini kənara çıxartmasına görə cərimə tətbiq etməsi barədə məlumatlar yayılıb.
İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsinə əsasən, hərəkət zamanı sürücünün sükanı əlindən buraxmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur. Qanunun məzmununa əsasən, bu cərimənin tətbiqi üçün sürücünün hər iki əli ilə sükanı buraxması tələb olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.
"Yəni, sadəcə bir əlin sükan üzərindən götürülməsi ayrıca cərimə predmeti deyil. Belə halda cərimə tətbiq edilməsi qanunsuz hesab olunur. Lakin əgər sürücü sükanı buraxaraq telefonla danışır, təhlükəli manevr edir və ya qəza şəraiti yaradırsa, bu zaman məsuliyyət yaranır və cərimə tətbiq oluna bilər".
O bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığı əsasız deyil:
"Sürücünün hər iki əli ilə sükanı idarə etməsi, qəza təhlükəsi yarandıqda manevr imkanlarını artırır və avtomobilin daha təhlükəsiz idarə edilməsini təmin edir.Bu, həm yol hərəkəti təhlükəsizliyinin qorunması, həm də faciəvi halların qarşısının alınması baxımından vacibdir. Buna görə də Yol Polisi İdarəsinin tövsiyəsinə əməl etmək hər bir sürücünün mənəvi borcudur".
Əfsanə Kamal
Demokrat.az