“Azərbaycanda ali məktəblərə qəbul sistemi son onilliklərdə formal olaraq şəffaf və obyektiv mexanizmə əsaslansa da, faktiki olaraq məktəbdən kənar hazırlıq prosesləri ilə paralel şəkildə formalaşıb və bu hal artıq sosial norma səviyyəsinə yüksəlib. Təhlil göstərir ki, hazırkı şəraitdə abituriyentlər üçün repetitor və ya hazırlıq kurslarına getmək seçim deyil, demək olar ki, məcburiyyətdir”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, repetitorluq sisteminin geniş yayılması bir tərəfdən valideynlərin övladlarının gələcəyi üçün məsuliyyət hissindən, digər tərəfdən isə imtahan modelinin yüksək rəqabət tələbindən qaynaqlanır:
“Orta statistik göstəricilərə əsasən, bir abituriyent ayda 250–350 manat hazırlıq xərci çəkir. Bu, regionlar üçün olduqca böyük məbləğdir. Orta hesabla hər il 90 mindən çox şagird ali məktəblərə sənəd verir və bu, cəmi illik 250–300 milyon manatlıq paralel təhsil bazarı yaradır. Belə maliyyə yükü bir çox ailə üçün təhsil bərabərliyini pozur, çünki imkanı olmayanlar eyni səviyyədə hazırlıq keçə bilmirlər. Bu da “təhsil əlçatanlığı” prinsipinə zidd vəziyyət yaradır.
“Təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin təhsildə bərabər imkanlar yaratmaq öhdəliyi, 14-cü maddəsində isə təhsilalanların sosial müdafiəsi xüsusi olaraq qeyd olunur. Həmçinin “Dövlət gənclər siyasəti haqqında” Qanunda gənclərin təhsil imkanlarına bərabər çıxışının təmin olunması dövlətin prioritet istiqamətlərindən biri kimi göstərilib. Amma təhsil sisteminin hazırkı reallığı göstərir ki, bu prinsiplər təcrübədə tam işlək deyil, çünki məktəbdə verilən təhsil çox zaman qəbul imtahanının tələblərini tam qarşılamır. Nəticədə məktəb və imtahan proqramları arasında məsafə yaranır, bu məsafəni isə valideynlər öz vəsaiti hesabına “bağlayır”.
Cavidan Mirzəzadə
Demokrat.az