
"Evimi yeni təmir etdirmişəm. Bütün paltarlarım evin ortasındadır. Çünki qarderob yığdırıram. Evdə eynək kolleksiyam var. Hər eynəyin mənim üçün bir mənası var".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Qonaqcanlı" verilişində deyib. Sənətçi eynək kolleksiyası yığdığını bildirib.
Son günlər xeyli çəki atan Kərim formada qalma sirrini bölüşüb:
"Kilo vermişəm, idman etmirəm. Özümə qulluq edirəm. Türkəçarə ilə qidalanıram. Çörək heç yemirəm. Gündə ən çox iki dəfə yemək yeyirəm. Mənim yediyim pomidor, pendir, azca salat olur".