
"Bu illər ərzində lazım olan işdə orta məktəblərdəki valideyn komitəsini görməmişəm. Bir övladım artıq tələbədir, iki övladım isə məktəbdə oxuyur".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər-ertəsi" proqramında deyib. Aytən bu komitələrin funksiyası məkətəbin fondu üçün pul yığmaqdan ibarət olduğunu bildirib:
"Valideyn komitəsi funksiyası məkətəbin fondu üçün pul yığmaqdır. Bayramlar ərəfəsində komitələr işə düşür. Amma iş-işdən keçəndən sonra onlar görünmürlər. Onlar nə iş görürlər? Lazımdırlarmı? Ümumiyyətlə onlar haradan gəlib çıxıb? Rəsmi şəkildə belə komitə mövud deyil".