Rəsmi sistemlər buna görə tez-tez çökür— AÇIQLAMA

GÜNDƏM 06 oktyabr 2025, 21:38
"Burada bir neçə səbəb ola bilər. Bu, zəif server resursları ilə bağlı ola bilər. Məsələn, işləm üçün CPU, RAM və ya disk gücü kifayət etmədikdə sistemlər çətinliklə işləyir. Bəzi hallarda şəbəkə avadanlıqları köhnə olur. Məsələn, router və ya switch-lərdə fərqlər və nasazlıqlar yarananda sistemin sabitliyi pozulur və dayanma baş verir. Bundan başqa, elektrik və soyutma problemləri də səbəb ola bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. 

"Data mərkəzində elektrik kəsilməsi və ya soyutma sisteminin zəifliyi serverlərin çökməsinə gətirib çıxara bilər, amma bizim halda ehtimal ki, bu deyil. İkinci səbəb kimi proqram təminatı və sistem dizaynı göstərilə bilər. Məsələn, monitorinq sistemləri və ya kod optimallaşdırılmamış, test olunmamış ola bilər. Bir modulda yaranan nasazlıq bəzən bütün sistemin sıradan çıxmasına səbəb olur".

O bildirib ki, istifadəçilərin çoxluğu zamanı performans problemi yarana bilər, xüsusən də kod optimallaşdırılmayıbsa və ya yeni versiyalar test edilmədən tətbiq olunubsa:

"Digər əsas məsələ məlumat bazasının yüklənməsidir. Xüsusilə səhər saatlarında çoxsaylı istifadəçi daxil olanda sistem dayanır. Məsələn, indekslərin optimallaşdırılmaması və ya zəif sorğuların işlədilməsi nəticəsində sistem ləngiyir. Sorğulara cavab gəlir, amma nəticələr düzgün emal olunmur. Bundan əlavə, kiberhücumlar (məsələn, DDoS) və yamalanmamış zəifliklər də mümkün səbəblər arasındadır, amma bu halda onların ehtimalı azdır. Nəhayət, insan faktoru da rol oynaya bilər, idarəetmədə çatışmazlıqlar, monitorinqin olmaması və proseslərin düzgün izlənməməsi kimi hallar sistemi çökdürə bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 22:30
Top