Kobaxidze: Gürcüstanda inqilaba növbəti cəhdi gözləyə bilmərik

DÜNYA 06 oktyabr 2025, 22:49
“Biz inqilaba altıncı, yeddinci, səkkizinci cəhdi gözləyə bilmərik. Əlbəttə, əgər cəhd olacaqsa, ona müqavimət göstəriləcək. Lakin bizim əsas məqsədimiz odur ki, heç kəs altıncı cəhdi göstərməyə cəsarət etməsin”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalının “Gecə kuryeri” proqramına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti cəhdlərin qarşısını almaq üçün müvafiq addımlar atılacaq.

“Son 4 ildə biz ölkədə inqilabın təşkilinə beşinci cəhdin şahidi olduq. Sonuncu cəhd də kənardan dəstəkləndi. Buna baxmayaraq, dövlət bu cəhdin də qarşısını aldı”, - İ. Kobaxidze əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 22:30
Top