“Pravda”nın keçmiş direktoru intihar edib

DÜNYA 06 oktyabr 2025, 11:17
“Pravda” nəşriyyatının keçmiş direktoru Vyaçeslav Leontyev Moskvada ehtimal ki, intihar edərək dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bunu TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

"Leontyev dünən axşam saatlarında dünyasını dəyişib. İlkin məlumatlara görə, o, əsəb böhranından sonra intihar edib", - agentliyin mənbəsi qeyd edib.

Mənbənin sözlərinə görə, 87 yaşlı kişinin Leontyev Molodoqvardeyskaya küçəsindəki mənzilinin pəncərəsi yanında tapılıb. Hadisə baş verən yerdə digər kiriminal izlər aşkarlanmayıb.

Leontyev 1971-ci ildən “Pravda” nəşriyyatında istehsalat şöbəsinin rəis müavini işləyib. 1984-cü ildə o, nəşriyyatın rəhbərliyinə keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 13:04
06 oktyabr 2025, 12:45
Top