Azərbaycan gimnastı dünya kuboku seriyalarının qalibi oldu — FOTO

İDMAN 06 oktyabr 2025, 12:27
Oktyabrın 3-5-də tarixlərində Fransanın Antibes şəhərində gimnastika üzrə mövsümün son dünya kuboku keçirilib.

Demokrat.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri uğuru çıxış ediblər.

Gimnastlarımızdan Tofiq Əliyev 29.200 xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc medalın sahibi olublar.

Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu dünya kubokunu birinciliklə başa vurduğu üçün dünya kuboku seriyalarının qalibi olub.

Qeyd edək ki, Tofiq Əliyev bu il Çində keçirilən Dünya Oyunlarında "tam tam tam" ("full-full-full" və ya "triple full") icra edərək dünya rekorduna sahib çıxmışdı. Daha əvvəl heç bir idmançı havada 3-dəfə 360 dərəcəli tərs fırlanma hərəkətini yerinə yetirə bilməmişdi. 



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 13:04
06 oktyabr 2025, 12:45
Top