Tanınmış klub baş məşqçini istefaya göndərdi — Cəmi 4 ay işlədi

İDMAN 06 oktyabr 2025, 13:27
Şotlandiyanın “Reyncers” klubu baş məşqçi Rassell Martini istefaya göndərdiyini elan edib.

Demokrat.az-ın xəbərinə görə, Qlazqo təmsilçisinin rəsmi açıqlamasında qeyd olunub ki, Martin və onun məşqçi heyəti klubda çox çalışsalar da, nəticələr gözləntiləri qarşılamayıb:

“Rassell və onun komandası böyük səylə işləyib. Keçid dövrü vaxt tələb edir, lakin əldə olunan nəticələr gözlənilən səviyyədə deyil”.

Rassell Martin “Reyncers”ə bu ilin 5 iyunda baş məşqçi təyin edilmişdi.  Komanda Şotlandiya çempionatının 7 turundan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.

Avropa Liqasının qrup mərhələsində isə “Reyncers” hər iki matçda məğlub olub (Genk”ə 0:1, “Şturm”a isə 1:2 hesabı ilə). Klub bundan əvvəl Çempionlar Liqasının pley-off mərhələsində “Bryügge”yə məğlub olaraq (1:3, 0:6) qrup mərhələsinə yüksələ bilməmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top