Gəncədə maşın dörd piyadanı vurdu: Ölən və yaralıların KİMLİYİ BİLİNDİ

HADİSƏ 06 oktyabr 2025, 13:48
Gəncədə yol-nəqliyyat hadisəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Oxu.Az xəbər verir ki, qəzada ölən 1959-cu il təvəllüdlü Q.Səfərovadır.

Həmçinin qəza nəticəsində 1987-ci il təvəllüdlü İ.Məmmədova, 2008-ci il təvəllüdlü P.Məmmədova, 2024-cü il N.Məmmədov xəsarət alıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
13:23

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Qəzada xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top