Sumqayıtda partlayıcı maddələr aşkar edilib

HADİSƏ 06 oktyabr 2025, 10:05
Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.

Demokrat.az xəbər verir ki, aşkar olunan materiallar arasında 3 ədəd "VM 45" və 38 ədəd "VM 30" markalı partlayıcı nümunələr qeydə alınıb.

Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 09:28
Top