Xameneinin jurnalisti hicab qanununun ləğvi barədə bəyanatı tənqid etdi

DÜNYA 06 oktyabr 2025, 11:23
İranın ali lideri Xameneinin ruporu kimi tanınan hökumətyönlü “Kayhan” qəzetinin baş redaktoru İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonarı sərt tənqid edib.

Demokrat.az xəbər verir ki, tənqidə səbəb Bahonarın mətbuat konfransında səsləndirdiyi bəyanat olub. 
 
O, İranda qadınların məcburi hicab taxması ilə bağlı qanunun artıq qüvvədə olmadığını, bu qanunun pozulmasının cərimə və ya hüquqi nəticələrə gətirib çıxarmayacağını bildirib.

Bahonarın sözləri ölkədə geniş müzakirələrə səbəb olub. Çünki bu mövqe yalnız qüvvədə olan qanunlarla deyil, həm də İranın siyasi sisteminin əsasını təşkil edən islam prinsipləri ilə ziddiyyət təşkil edir.

“Kayhan” qəzeti isə Bahonarın açıqlamasını kəskin tənqid edərək vurğulayıb ki, bu mövqe islam normalarının məcburiliyini şübhə altına qoyur və hakimiyyətin mənəvi nüfuzunu sarsıda bilər.

Qəzet həmçinin qeyd edib ki, Bahonarın hicab qanununun ləğvi barədə açıqlaması, İranın rəsmi siyasəti kontekstində belə bir yanaşmanın qanuniliyinə dair ciddi suallar doğurur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 13:04
06 oktyabr 2025, 12:45
Top