“Nobel həftəsi” başlayır

DÜNYA 06 oktyabr 2025, 08:29
Növbəti “Nobel həftəsi” İsveçin paytaxtında fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının elan edilməsi ilə açılacaq.

Demokrat.az xəbər verir ki, digər nominasiyalar üzrə də qaliblər yaxın günlərdə açıqlanacaq.

Nobel Komitəsinin fizika üzrə qərarı oktyabrın 7-də, kimya üzrə oktyabrın 8-də, ədəbiyyat üzrə isə oktyabrın 9-da, Sülh mükafatı laureatı isə oktyabrın 10-da Osloda elan olunacaq. İsveç Milli Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş iqtisadiyyat elmləri üzrə Alfred Nobel Xatirə Mükafatının laureatı oktyabrın 19-da elan olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 09:28
06 oktyabr 2025, 08:29
Top