Keçmiş qaynatası tərəfindən ölümcül döyüldü

HADİSƏ 06 oktyabr 2025, 09:14
Samux rayonunda 44 yaşlı kişi ölümcül döyülüb.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü Z.Səmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Dərhal ona yardım edilib, hazırda 44 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, Z.Səmədov hadisə vaxtı sərxoş olub. Onun keçmiş qayınatası tərəfindən küt alətlə ölümcül döyüldüyü bildirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırmaya başlanıb. (apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 09:28
Top