Bizdə tələbələri hər yerdə görmək olur, kitabxanadan başqa — AÇIQLAMA

SOSİAL 06 oktyabr 2025, 15:28
"Dərslik təhsilin çox vacib elementlərindən biridir. Bizim ölkədə ali təhsil müəssisələrində dərslik problemi ciddi problemdir. Birincisi, o dərslikləri yazan müəlliflər barmaqla sayılası qədərdir. Dərslik yazmaq böyük bir bacarıq tələb edir, çünki bu, sıradan bir kitab deyil". 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, görünən odur ki, tələbələr dərsliklərdən razı deyil:



"Bəzi dərslikləri başqa ölkələrdən götürmək olar, amma elə dərsliklər var ki, onlar həm də ideoloji əhəmiyyətə malikdir, bunları başqa ölkədən, başqa universitetdən götürmək olmaz. Dərsliklərlə bağlı universitetlərin öz yanaşmaları, strategiyaları olmalıdır. 

Universitetlərdə eyni zamanda ciddi kitabxana problemi var. Xariici ölkələrdə universitet kitabxanaları bəzən 24 saat işləyir. Tələbə dərsdən sonra mütləq o kitabxana həyatını yaşamalı, kitablarla tanış olmalıdır. Biz bunu universitetlərimizdə görmürük. Bizdə tələbələri dərsdən sonra hər yerdə görmək olar, amma kitabxanada görmək olmur".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top