UEFA Avropadan kənarda iki liqa oyununa icazə verdi

İDMAN 07 oktyabr 2025, 00:29
UEFA İspaniya La Liqasının “Vilyarreal”–“Barselona” və İtaliya A Seriyasının “Milan”–“Komо” qarşılaşmalarının Avropa sərhədlərindən kənarda keçirilməsinə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın bəyanatında qeyd olunub.

Bildirilib ki, milli liqa oyunlarının xaricdə keçirilməsi ideyasına geniş dəstək yoxdur, lakin FIFA-nın mövcud qaydalarının kifayət qədər aydın və detallı olmaması səbəbindən UEFA İcraiyyə Komitəsi bu iki müraciəti istisnasız şəkildə təsdiqləyib. Həmçinin qurumdan deyilib ki,

FIFA ilə birgə qaydaları yeniləyərək milli liqaların bütövlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, “Vilyarreal”–“Barselona” oyunu ABŞ-nin Mayami, “Milan”–“Komо” görüşü isə Avstraliyanın Pert şəhərində keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 22:30
Top