"Mənə qadağa qoyub, çərçivəyə sala bilməz"

ŞOU-BİZNES 06 oktyabr 2025, 22:58

"Bütün geyimlərim qara olduğu üçün elə bil ki, eynidir. Onları eyni göstərməmək üçün beyin çalışır. Düşünürsən ki, bir-birinə bənzəməsin. Bunda çətinlik çəkirəm". 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" proqramında deyib. Müğənni geyimlərindən danışıb. O bildirib ki, eyni rəngdə libas seçdiyi üçün onları fərqli göstərməkdə çətinlik çəkir.

Z.Xanbabayeva özünə qoyduğu qadağalardan danışıb:

"Mənə heç kim qadağa qoya bilməz, çərçivəyə sala bilməz. Sadəcə, bilmişəm nə etsəm evdəkilərin xoşuna gəlməz. Onu düşünüb özümə qadağa qoya bilərəm. Şəxsi həyatımda, səhnəmdə qadağalar var. Özümü çərçivəyə salmağım məni yorub. Amma bununla barışmışam. Əvvəl deyirdim, valideynlərimə söz gəlməsin, sonra evdə uşaqlar böyüyür, sonra nəvələr, axırda ailəm və sonda ailəm... Qurban verməmişəm. Ağlın olsa, hər şeyi balansa sala bilərsən. Nəyisə qurban verərək görmək istəmirəm. İşi zövqlə görməlisən".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 22:30
Top