"Dənizə kanalizasiya axıdılması bizim üçün adi hala çevirilib" — AÇIQLAMA

GÜNDƏM 06 oktyabr 2025, 21:04
"Bu məsələ, yəni Xəzər dənizinə kanalizasiya sularının birbaşa axıdılması, uzun illərdir davam edir. Hazırda sular heç bir təmizləmə aparılmadan dənizə buraxılır. Hövsanda bir aerasiya məntəqəsi inşa edilib, lakin o da tam işləməyir. Beləliklə, bu artıq bizdə adi hal alıb".

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

"Dünyada isə kanalizasiya suları müəyyən qədər təmizləndikdən sonra buraxılır və bəzi ölkələrdə hətta istifadə üçün də yönləndirilir. Bizdə isə bu, adi haldır. Tullantılardan balıqlar və digər dəniz canlıları qidalanır. Sular dənizdə qarışır, orqanik maddələr isə tez parçalanır. Nəticədə kimyəvi maddələr müəyyən limitlər daxilində olur və canlılar onlardan qidalanır.Hətta Viktor Hüqonun “Səfillər” romanında da Parisin kanalizasiya sularından bəhs olunur. Qeyd edilir ki, bu sular düzgün istifadə olunsa, gübrə kimi tətbiq edilərək yaşıllıq salmaq və digər məqsədlər üçün istifadə oluna bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 22:30
Top