Autizmlə bağlı rəqəmlər ilbəil artır, hər 31 uşaqdan birinə autizm diaqnozu qoyulur.
Demokrat.az xəbər verir ki, bunu kliniki psixoloq Milana Həsənova “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün təşkil olunan təlimdə deyib.
Onun sözlərinə görə, bu rəqəmlər ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin statistikasına əsaslanır:
"Ümumdünya Səhiyyə Təşkilatı dünyada hər 100 uşaqdan birinin autizmli olduğunu bildirir. Amma mən deyə bilərəm ki, hər 31 uşaqdan birinin autizimli olması ilə bağlı statistika daha real görünür”.
Cavidan Mirzəzadə
Demokrat.az