29 oktyabr 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti fərdi qəbul keçirib.
Demokrat.az xəbər verir ki, qəbul zamanı rayon sakinlərinin sosial problemləri, qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib.
Rayon İcra Hakimiyyətində təşkil olunan qəbulda Rüstəm Xəlilov hər bir vətəndaşı diqqətlə dinləyib.
Qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. İcra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli nəzarətə götürülüb, digər məsələlərlə bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
Rüstəm Xəlilov sakinlərlə görüşdü, problemlərini dinlədi — FOTOLAR


