YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Mustafa Sandal saçlarını qırxdırdı – Yeni imici təəccübləndirdi

Mustafa Sandal saçlarını qırxdırdı – Yeni imici təəccübləndirdi

Türkiyəli məşhur müğənni Mustafa Sandal yeni görünüşü ilə diqqət çəkib. 56 yaşlı sənətçi İstanbulda keçirilən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrındakı konsertində pərəstişkarlarının qarşısına fərqli imiclə çıxıb.

Demokrat.az xəbər verir ki, illərdir eyni saç düzümü ilə tanınan Mustafa Sandal saçlarını tamamilə qırxdıraraq görünüşünü dəyişib. Müğənninin yeni imici konsertə gələnlərin və sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Sənətçi gecədə "Araba", "Aya Benzer", "Jest Oldu" və "İsyankar" kimi məşhur mahnılarını səsləndirib. O, səhnə enerjisi ilə yanaşı, yeni görünüşü ilə də diqqət çəkib.

Konsertdən sonra sosial şəbəkə hesabında paylaşım edən Mustafa Sandal soyuq İstanbul axşamında onu tək qoymayan dinləyicilərinə təşəkkür edib:

"Soyuq bir İstanbul axşamında sımsıram bir Harbiye atmosferi yaşadıq. Təşəkkürlər İstanbul! Sizi sevirəm".

1 / 3

Jalə