"Ətin qiymətində nəzərəçarpacaq dərəcədə ucuzlaşma gözlənilir"

GÜNDƏM 07 oktyabr 2025, 20:45
"Pakistandan Azərbaycana ət ixracı üçün icazə alınıb. Bu hal daxili bazara da ciddi təsir göstərəcək. Bazarlarda ətin qiymətində nəzərəçarpacaq dərəcədə ucuzlaşma gözlənilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 

"Xüsusilə şəhər əhalisi bu qiymət azalmasını, inşallah, müşahidə edə biləcək. Qeyd etmək lazımdır ki, ölkəmizdə ətə olan tələbat demək olar ki, sabit qalır. Buna görə də bazara əlavə ət kütləsinin daxil olması, yəni təklifin artması tələbi üstələdiyi üçün qiymətlərin azalması müşahidə olunacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top