YapiKredi Müraciət Forması
Dünya

"Binance"da 6,3 milyardlıq rekord oğurluq

Binanceda 6,3 milyardlıq rekord oğurluq

Dünyanın ən böyük kriptovalyuta birjalarından olan "Binance" platformasından 6,3 milyard dollar dəyərində aktivin oğurlanmasından sonra ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Məxfi Xidmət də daxil olmaqla, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

FTB insidentdən xəbərdar olduğunu və hadisənin miqyasını müəyyənləşdirmək, mümkün təsirləri qiymətləndirmək, eləcə də istintaq tədbirlərini əlaqələndirmək üçün dövlət və özəl tərəfdaşlarla əməkdaşlıq etdiyini bildirib.

Məlumata görə, hakerlər "Binance"in kriptovalyuta pul kisələrindən milyardlarla dollar vəsait çıxarıblar. Şirkət ilkin hesablamalara əsasən, zərərin 6,3 milyard dollar olduğunu açıqlayıb.

Hücum edən şəxsin sistemə mühəndislərdən birinin noutbukunu ələ keçirməklə daxil olduğu ehtimal edilir. Oğurlanan aktivlərin təxminən 3 milyard dollarlıq hissəsini dondurmaq mümkün olub.

"Binance" vəsaitlərin yatırılması və çıxarılmasını müvəqqəti dayandırıb. Şirkət bütün zərəri SAFU fondu və öz vəsaiti hesabına ödəyəcəyini vəd edib.

NE
Nihadə Eyyubova