Bəzi insanlar çətinliklə üzləşdikdə dərhal başqalarından dəstək istəyir, bəziləri isə nə qədər çətin olsa da, hər şeyi öz gücü ilə həll etməyə çalışır. Astrologiyada müstəqilliyi, məsuliyyət hissi və mükəmməlliyyətçiliyi ilə seçilən üç bürcün nümayəndələri kömək istəməkdənsə, bütün yükü öz üzərlərinə götürməyə üstünlük verirlər.
Oğlaq
Oğlaq bürcü məsuliyyət, intizam və güclü iradəsi ilə tanınır. Bu bürcün nümayəndələri qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün əllərindən gələni edirlər. Onlar çox vaxt kömək istəməyi zəiflik kimi qəbul edir, çətinliklərlə təkbaşına mübarizə aparmağa çalışırlar. Hətta gecə-gündüz çalışmalı olsalar belə, başladqları işi özləri tamamlamaq istəyirlər.
Qoç
Cəsarəti, müstəqilliyi və səbirsizliyi ilə seçilən Qoçlar gözləməyi sevmirlər. Onlar üçün başqasından kömək istəmək bəzən vaxt itkisi kimi görünür. Bir işi dərhal həll etmək istəyən Qoçlar başqalarının dəstəyini gözləməkdənsə, özləri hərəkətə keçirlər. Çox vaxt yol soruşmadan istiqamət tapmağa və heç bir kömək almadan çətinliklərin öhdəsindən gəlməyə çalışırlar.
Qız
Qız bürcü detallara diqqəti, dəqiqliyi və mükəmməlliyyətçiliyi ilə seçilir. Bu bürcün nümayəndələri hər şeyin istədikləri kimi və qüsursuz olmasını istəyirlər. Başqalarının işi yarımçıq və ya onların gözləntilərinə uyğun görməyəcəyindən narahat olduqları üçün kömək istəməyə həvəs göstərmirlər. Çox vaxt "Özüm etsəm, daha tez və düzgün olar" düşüncəsi ilə bütün məsuliyyəti öz üzərlərinə götürürlər.
Astroloji yanaşmaya görə, bu üç bürcün ortaq cəhəti hər şeyi öz nəzarətində saxlamaq istəmələri və başqalarından dəstək almaqdansa, problemləri müstəqil şəkildə həll etməyə üstünlük vermələridir.


