Astrologiyaya görə, bəzi bürclər səmimiyyətləri, mərhəmətləri və xoş niyyətləri ilə seçilirlər. Onlar ətraflarındakı insanlara sevgi ilə yanaşır, çətin anlarda dəstək olmağa çalışır və hər zaman yaxşılıq etməyi üstün tuturlar. Bəs ən saf niyyətli bürclər hansılardır?
Astroloji şərhlərə görə, Buğa, Xərçəng, Oxatan və Balıq bürcləri təmiz qəlbləri və müsbət enerjiləri ilə seçilənlər sırasındadır.
Buğa – Hər zaman sülhün tərəfdarıdır
Buğa bürcü mübahisələri və qarşıdurmaları sevmir. Ətrafında sakitliyin və mehribanlığın hökm sürməsini istəyir. Hətta bəzən münasibətlərin pozulmaması üçün öz istəklərindən belə vaz keçir.
Mübahisə yarananda isə kənarda dayanmağı seçmir. Tərəfləri barışdırmağa, hər kəsi anlamağa və ortaq məxrəcə gəlməyə çalışır.
Xərçəng – Başqalarının dərdini öz dərdi kimi yaşayır
Xərçəng bürcü həssaslığı və mərhəməti ilə tanınır. Ətrafındakı insanların sevincini də, kədərini də ürəyinə salır. Sevdiklərinin çətin günlərində onların yanında olmağı özünə borc bilir.
Dostları üçün etibarlı dayaq olan Xərçəng, ehtiyac duyulan anda təsəlli verməyi və dinləməyi bacarır. Onun üçün yaxınlarının xoşbəxtliyi hər şeydən önəmlidir.
Oxatan – Ən çətin anlarda belə ümidini itirmir
Oxatan bürcü nikbinliyi, səmimiyyəti və həyat eşqi ilə seçilir. Ətrafındakı insanlar ümidsizliyə qapılanda belə, onlara sevinc bəxş etməyi bacarır.
Dostunun kədərini unutması üçün onu səyahətə aparan, sevincini başqaları ilə bölüşən Oxatan həyata müsbət tərəfdən baxmağa çalışır. O, yaxşılıqları böyüdür, çətinlikləri isə aşılmalı bir mərhələ kimi görür.
Balıq – Hər hadisədə yaxşı tərəf axtarır
Balıq bürcü həssas, duyğusal və mərhəmətli xarakteri ilə tanınır. Həyatın ən kiçik gözəlliklərini belə qiymətləndirməyi bacarır. Onun üçün yaşamaq özü böyük bir nemətdir.
Başqalarının ümidsizliyə qapıldığı vəziyyətlərdə belə müsbət düşünməyə çalışır. İşini itirməyi yeni fürsət, uğursuz münasibəti isə daha böyük bir ürək ağrısından xilas olmaq kimi qəbul edə bilir.


