Rusiyalı müğənni Alla Puqaçovanın Moskvaətrafı Malıye Berejki kəndində yerləşən malikanəsi vandalların hücumuna məruz qalıb.
Demokrat.az xəbər verir ki, naməlum şəxslər müğənninin evinin hasarına müxtəlif yazılar yazıb və üzərində "Rusiya Federasiyasında Mossadın ofisi" ifadəsini qeyd ediblər.
Qeyd edək ki, daha əvvəl Puqaçovanın malikanəni nəvəsi Nikita Presnyakova hədiyyə etdiyi bildirilmişdi. Əmlak təxminən 1,2 milyon dollara satışa çıxarılsa da, alıcı tapılmayıb.


