Valideynlərin nəzərinə — Autizmin əlamətləri uşaqda bu yaşda olur

GÜNDƏM 07 oktyabr 2025, 21:29
“Autizm əlamətləri adətən sıfırdan üç yaşa qədər olan dövrdə özünü büruzə verir”.

Demokrat.az xəbər verir ki, bunu kliniki psixoloq Milana Həsənova “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün təşkil olunan təlimdə deyib.

O bildirib ki, autizm erkən uşaqlıq dövründə özünü göstərməli, davamlı xarakter daşımalı və gündəlik həyatı məhdudlaşdırmalıdır:

“Bəzən valideyn düşünür ki, uşaqda hər şey qaydasındadır, lakin sonradan, məsələn 6 yaşda uşağa autizm diaqnozu qoyurlar. Əslində bu, mümkün deyil. Autizm əlamətləri mütləq əvvəldən mövcud olur”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top