Abşeron rayonunda 1987-ci il təvəllüdlü Nazim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Cavidana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 23-də baş verib. Nazim həmin gün saat 20:30-da Cavidanın yaşadığı evin həyətində borc verdiyi 20 manat pulu ala bilməməsi səbəbindən onunla mübahisə edib.
Şəxsi münasibətlərinin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə zərərçəkmiş şəxsin sifət nahiyyəsinə yumruqla bir dəfə qəsdən vurub.
Hadisəni törədən Nazimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Cavidanı 1 ilə yaxındır tanıyır: “Cavidan bərbər işləyir. Hadisədən əvvəl Cavidanın yanında olan zaman özünə məxsus Nokia markalı telefonumu satmaq istədiyimi bildirdim. Bu zaman Cavidan tanıdığı telefon mağazası olduğunu bildirdi. Mən də telefonu Cavidana verdim ki, satıb pulunu mənə versin. Cavidan da telefonu 60 manata sataraq pulunu gətirdi. Həmin 60 manat puldan 40 manatını mənə verdi, 20 manatı özündə saxladı ki, ona pul lazımdır, borc kimi sabah qaytaracaq. Mən də onunla razılaşdım. Səhəri gün Cavidanın yaşadığı evin həyətinə getdim. Cavidanı həyətə çağıraraq 20 manatı istədim. Həmin vaxt Cavidan pulunun olmadığını, 20 manatı qaytara bilmədiyini bildirdi. Bu zaman aramızda sözlə mübahisələri düşdü. Mübahisə zamanı əsəbləşərək Cavidanın sifətindən əlim ilə bir yumruq vurdum”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən ona qarşı olan şikayətini geri götürməsi ilə bağlı məhkəməyə sənəd təqdim edib.
Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az