“Heç vaxt ata-anamın lal-kar olmasından utanmamışam”

ŞOU-BİZNES 07 oktyabr 2025, 17:16
Əməkdar artist Mehriban Xanlarova valideynləri haqqında danışıb. 

Demokrat.az xəbər verir ki, o, "Həftənin qonağı" verilişində heç vaxt ata-anasının lal-kar olmasından utanmadığını bildirib:

"Heç vaxt kasıbçılığımdan və ata-anamın lal-kar olmasından utanmamışam. Elə insanlar var ki, bunu gizlədir. Məni bu dünyaya onlar gətirib. Qurban olum onlara. "Bağırov körpüsü"nü atamgil tikmişdi. Hər ordan keçəndə göstərirdi ki, bunu tikmişik. Onunla qürur duyurdu. Mən də etdiyim hər işdən qürur duyuram". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top