Oktyabrın 7-də XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi və “Şərq-Qərb” nəşriyyatının birgə layihəsi olan “Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova və muzeyin Uşaq şöbəsinin müdiri Təranə Əliyeva çıxış edərək qonaqlara layihənin əhəmiyyətindən danışıblar.
Bildiriblər ki, nəşrin, həmçinin animasiya filminin əsas qayəsi uşaqları Azərbaycan xalçalarının gözəlliyi, rəngarəngliyi və zəngin koloriti ilə tanış etmək, milli mədəni irsimizi onlara sevdirmək, ənənələri qorumağın vacibliyini diqqətə çatdırmaqdır.
Qeyd edək ki, Leyla Leysanın müəllifi olduğu nağıl Azərbaycan və rus dillərində işıq üzü görüb. Sevimli nağıl qəhrəmanı ilə tanış olmaq istəyən hər kəs “Pəri xanımın sehrli xalçaları” kitabını muzeyin mağazasından əldə edə bilərlər.