Xalq artisti nazirin fəaliyyətindən danışdı: "Bizimlə görüşür, dərdlərimizə qulaq asır"

MƏDƏNİYYƏT 06 oktyabr 2025, 17:04
"Hörmətli nazirimiz Adil Kərimli biz aktyorlara qarşı böyük qayğı ilə, diqqətlə yanaşır. İki il ərzində bir çox tamaşalarımıza gəlib, bizimlə görüşüb, dərdlərimizə qulaq asıb. Hər bir aktrisanı şəxsən tanıyır, yaradıcılığını bilir. Bizi harada görsə, səmimiyyətini göstərir."

Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. 

O bildirib ki, mədəniyyət naziri Adil Kərimlinin iki ildir gördüyü işlər göz qabağındadır:

"Beynəlxalq səviyyədə keçirilən bütün bu tədbirlər buna bir nümunədir ki, o, durmadan çalışır. Həmişə problemlərimizə qulaq asır, maraqlanır. 

Biz də öhdəliyimizə düşən o dövlət tədbirlərinin əksəriyyətində iştirak edirik. Xarici ölkələrdə tədbirlər keçirirlər, mədəniyyətimizi təmsil edirlər. Bir Xalq artisti olaraq nazirimizin işi mənim üçün çox qənaətbəxşdir".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top