"Erkən yaşda uşaqların repetitorlara yönləndirilməsi doğru deyil. Bu bir növ asılılıq yaradır və uşağın inkişafına mane olur. Şagird sonrakı yaşlarda da tələb edir ki, kimsə onun üzərində olsun, nəzarət etsin. Ya da daim ona kimsə başa salmalıdır, öyrətməlidir. Bu da düşünürəm ki, doğru deyil. Çalışmalıyıq ki, şagirdlər özləri öyrənməkdə maraqlı olsunlar. Haradasa çətinlik varsa, o zaman müəllimin köməyinə ehtiyac duyulsun".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, repetitor hazırlığına ehtiyac əsasən yuxarı siniflərdə olmalıdır ki, 9-11-ci sinifdə oxuyan şagirdlər artıq konkret istiqaməti müəyyən ediblər:

"Profilləri bəllidir ki, orta ixtisas təhsilinə gedəcək, yoxsa ali təhsilə, peşə təhsilinə. Bu hazırlıq zamanı repetiror hazırlığına ehtiyac duyula bilər. Amma bunun kütləvi olaraq, az qala 1-ci sinifdən başlaması, acınacaqlı və gülünc vəziyyətdir. Bunu ayrı ölkədə desək, gülərlər ki, sizin təhsil nə səviyyədədir? Düşünürəm ki, həm valideynlər diqqətli olmalıdır, həm də tədris prosesi elə qurulmalıdır ki, heç olmasa yuxarı siniflərə qədər ehtiyac duyulmasın".
Cavidan Mirzəzadə
Demokrat.az