Maliyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Maliyyə Mərkəzində təyinat baş tutub.
Demokrat.az xəbər verir ki, Xanım Sadıqova Mərkəzin Təşkilati fəaliyyət və inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
O, yeni təyinatından əvvəl, 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək "Sinteks Group of Companies"də təlim və inkişaf üzrə menecer olub.
O, 2019-cu ilin fevralından 2024-cü ilin yanvarınadək "AzInTelecom"da çalışıb.(yurd.media)


